Bank Of Baku

İraq Azərbaycandan kənd təsərrüfatı məhsulları idxal etmək istəyir

İraq Azərbaycandan kənd təsərrüfatı məhsulları idxal etmək istəyir
# 04 dekabr 2013 08:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İraq Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalının təşkilində maraqlıdır. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-İraq hökumətlərarası komissiyasının ilk iclasında İraq Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Layt Abdulqədir Qadim əl Maliki bildirib.


Onun sözlərinə görə, İraqda xüsusilə sitrus meyvələrinə ehtiyac var: «Bu meyvələrin ölkəmizə idxalı məqsədə uyğundur. Həmçinin, balıq, ət və digər məhsullarının idxalına ehtiyac var».


Azərbaycanın kənd təsərrüfatı nazirinin beynəlxalq əlaqələr üzrə baş məsləhətçisi Azad Nəhmətov ölkəmizdə istehsal olunan meyvə-tərəvəz, konserv və şirələrin İraqa ixrac olunmasını İraq tərəfinə təklif edib.


Nazirlik rəsmisi hər iki ölkədə bitkiçilik, heyvandarlıq və aqrar elm sahəsində müasir texnologiya və təcrübələrin öyrənilməsi məqsədilə mütəxəssislərin birgə elmi konfrans, simpozium və sərgilərdə iştirakının təşkilinin də vacibliyini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR