Bank Of Baku

Son 3 ildə Azərbaycanda 1382 hektar zeytunluq salıb - VİDEO

Son 3 ildə Azərbaycanda 1382 hektar zeytunluq salıb - <span style="color: red;">VİDEO
# 21 noyabr 2013 09:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Son 3 ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) damcılı suvarma ilə müşahidə olunan 1382 hektar zeytunluq salıb.

 

APA-nın xəbərinə görə, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib ki, bu, son 3 ildə təkcə Abşeron yarımadası və ətraf ərazilərdə salınan 3500 hektardan çox yaşıllaşdırılan ərazinin yarısı deməkdir.

 

Nazir qeyd edib ki, 2012-ci ilin sonuna kimi əkilən 2 milyon 515 min ağacdan yalnız 90-100 mini yaşamayıb ki, bu da 2-3% deməkdir: “Bu layihələr indi var və gələcəkdə də davam etdiriləcək. Əgər bu işlər əvvəllər şimal istiqamətində yol boyu Şamaxıda Beşbarmaq ərazisinə kimi çatırdısa, indi Siyəzən, Dəvəçiyə doğru əkinlər aparılır. Yaxın 1 ildə mövcud istiqamətdə yollar başdan-başa yaşıllaşdırılacaq. Gələn illərdə isə bu işlər Salyan, Hacıqabul rayonlarında da davam etdiriləcək”.

 

H.Bağırov qeyd edib ki, bütün tarix boyu Azərbaycanda 1400 hektar zeytunluq salınıb: “Amma zeytunluqların çoxu şəhərin inkişafı nəticəsində məhv olub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR