"Bank of Baku" zərərlə işləməkdə davam edir

"Bank of Baku" zərərlə işləməkdə davam edir
# 25 oktyabr 2017 13:11 (UTC +04:00)

"Bank of Baku" ASC-nin aktivlərinin həcmi 2017-ci ilin III rübündə 433,579 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 21,08% azdır.

"APA-Economics" xəbər verir ki, hesabat dövründə bankın kredit portfeli 31,6% azalaraq 196,742 mln. manat olub.

Bankın öhdəlikləri 21,21% azalaraq 393,170 mln. manata enib. Oktyabrın 1-nə bankın depozit portfeli 7,37% azalaraq 272,122 mln. manat olub.

Rübün sonuna bankın nizamnamə kapitalı dəyişməyərək 52 mln. 870 min manat təşkil edib.

Bank üçüncü rübü 5,849 mln. manat zərərlə başa vurub. Beləliklə, bankın xalis mənfəəti 31,890 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR