Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib
09 sentyabr 2012 15:38 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gədəbəy rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA-nın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Kiçik Qaramurad kəndi ərazisində qeydə alınıb. Kənd sakini Nizaməddin İbrahimov idarə etdiyi “VAZ-2121” markalı avtomaşın hərəkətdə olan zaman aşırıb. Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Hadisə zamanı sürücü və maşında olan sərnişin yaralanıb. Yaralılar Gədəbəy rayon mərkəzi xəstəxanasına aparılsa da, Nizaməddin İbrahimov yolda keçinib. Digər yaralının vəziyyətinin normal olduğu bildirilir.
Hadisə
Beyləqanda dörd otaqlı evdə yanğın olub
09:16
29 may 2024
Avtomobili narkotikin təsiri altında idarə edən sürücü həbs edilib
09:08
29 may 2024
Bakıda telefona baxan sürücü avtomobili aşırıb, xəsarət alan var - FOTO
06:19
29 may 2024
Bakıda minik maşını yük avtomobili ilə toqquşub, ağır xəsarət alan var - FOTO
02:04
29 may 2024