Bakıda mənzildə köməksiz qalmış uşaq xilas edilib

Bakıda mənzildə köməksiz qalmış uşaq xilas edilib
# 19 sentyabr 2013 01:46 (UTC +04:00)

Bakı-APA. Bakının Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında azyaşlı uşaq köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, azyaşlı giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olub. Mənzilə baxış keçirilərkən azyaşlı yatmış vəziyyətdə aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR