Respublika Diaqnostika Mərkəzində "Viral hepatitlər" mövzusunda konfrans keçirilib - FOTO

Respublika Diaqnostika Mərkəzində "Viral hepatitlər" mövzusunda konfrans keçirilib - <span style="color: red;">FOTO
# 30 may 2014 14:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Respublika Diaqnostika Mərkəzində (RDM) "Viral hepatitlər" mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, konfransda çıxış edən RDM-in baş həkimi Rauf Ağayev bildirib ki, dünyada hepatit virusu geniş yayılmıış xəstəliklərdən biridir. Onun sözlərinə görə, dünyada hepatitin müalicəsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir, elmi-tədqiqat işləri aparılır. R.Ağayev qeyd edib ki, Hepatit viruslarının müalicəsi ilə bağlı RDM-də də müxtəlif müayinə və müalicələr aparılır.

Hepatoloq infeksionist Nuri Beslen də fikirlərini bildirib.

RDM-in əməkdaşı, həkim-qastorenteroloq Arzu Yusifova isə eyib ki, hepatit C daha çox qanla keçən infeksion xəstəlikdir. Onun sözlərinə görə, damar daxili iynə vurulduqda, narkotik vasitələrdən istifadə və cərrahi müdaxiləyə məruz qalanlar və ya qan köçürülən xəstələrin bir çoxunda bu xəstəlik aşkarlanır: «Təəssüf ki, çox zaman əlamətlər müşahidə olunmur. Hər hansı bir xəstəyə qan verilməsi lazım olan zaman problem ortaya çıxır. Hepatit C qaraciyər sirrozu və qaraciyər xərçənginin ana səbəblərindən biridir. Lakin bu, müalicə oluna bilən xəstəlikdir. İndiki tibbi nailiyyətlərlə Hepatit C-dən 91% sağalma mümkündür. Amma bu da zamanında müalicə olunduqda baş verir. Daha çox fəsadlaşmış qaraciyər xəstəliklərindən qurtulmaq üçün isə yeganə üsul qaraciyər transplantasiyasıdır».

A. Yusifova qeyd edib ki, bu xəstəliyə qadınlar və kişilər eyni dərəcədə yoluxur. Onun sözlərinə görə, hepatit C-də cinsi yolla yoluxma hepatit B qədər yüksək deyil: «Hepatit C daha çox böyük cərrahi əməliyyatlarda, külli miqdarda qan və ya plazmanın köçürülməsi ilə xəstələrə yoluxa bilir. Kosmetik xidmətlərdə-pedikür, manikür zamanı, stomatoloji xidmətlər zamanı da az da olsa, bu xəstəliyə yoluxma riski yaranır».

Həkim vurğulayıb ki, körpə uşaqlarda da Hepatit C və ya B-yə rast gəlin bilər. Onun sözlərinə görə, əgər ana hepatit B və ya C virusunun daşıyıcısıdırsa, bu zaman virus hamilə anadan uşağa da keçə bilir:«Uşaqlarda Hepatit C-nin müalicəsi 3 yaşından sonra aparılmalıdır. Hər anadan olan uşağın dərhal Hepatit C və ya B virusu ilə bağlı yoxlanması doğru deyil. Çünki anadan aldığı immunitetlə antigenlər pozitiv çıxacaq. Yeni doğulan uşaqda Hepatit B və C-nin olub-olmadğını müəyyən etmək üçün 18 ayında müayinə aparmaq lazımdır».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR