Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşüb

Elmar Məmmədyarov İƏT baş katibi ilə görüşüb
# 06 mart 2014 12:22 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Madani ilə görüşüb. APA-nın xəbərinə görə, görüşdə Azərbaycanla İƏT arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Üzv ölkələr arasında iqtisadiyyat, elm, təhsil və mədəniyyət sahələrində sıx əməkdaşlığın zəruriliyi vurğulanıb.

Qeyd edək ki, Ekmələddin İhsanoğlunun yerinə seçilən İyad bin Amin Madani vəzifəsinin icrasına bu il yanvarın 1-dən başlayıb. Bu, onun Azərbaycana ilk səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR