Bu ay Azərbaycanda dəm qazı və dərmandan zəhərlənənlərin sayı açıqlanıb

Bu ay Azərbaycanda dəm qazı və dərmandan zəhərlənənlərin sayı açıqlanıb
# 12 noyabr 2013 12:46 (UTC +04:00)

Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, zəhərlənmə halları daha çox Bakının müxtəlif rayonlarında qeydə alınıb. Zəhərlənənlər arasında qadınların üstünlük təşkil etdiyini deyən A.Maqsudov qeyd edib ki, onlardan 8-i qadın, 7-si isə kişidir. Onun sözlərinə görə, zəhərlənənlərin ümumi vəziyyəti orta-ağır və yüngül dərəcədə olub, bəzilərinə isə ilkin yardım göstərildikdən sonra evə buraxılıb.

Mərkəzin müdiri, bu ay da ölkədə insanlar arasında dərmanlardan allergik reaksiya nəticəsində zəhərlənmə hallarının qeydə alındığını deyib. Onun sözlərinə görə, bu ayın ilk 10 günü ərzində mərkəzə dərmanların allergik reaksiyası ilə bağlı 8 müraciət olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR