Lütfiyar İmanovun 85 illiyi münasibətilə “Aida” operası nümayiş olunacaq

Lütfiyar İmanovun 85 illiyi münasibətilə “Aida” operası nümayiş olunacaq
# 14 aprel 2014 16:48 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Aprelin 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Aida” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada əsas rolları gənc solistlər Çinarə Şirin (Aida), əməkdar artist Səbinə Vahabzadə (Amneris), Anton Ferştandt (Ramfis) və başqaları ifa edəcəklər.

Tamaşada azərbaycanlı vokal ustaları ilə yanaşı, Gürcüstandan dəvət edilmiş solistlər - Gürcüstanın xalq artisti, professor Teymuraz Ququşvili və əməkdar artist Sulxan Qvelesiani (Amonasro) da çıxış edəcəklər.

Opera və Balet Teatrı “Aida” operasının tamaşasını görkəmli müğənni, SSRİ xalq artisti Lütfiyar İmanovun 85 illiyinə həsr edəcək.

Tamaşanı Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR