ABŞ və Azərbaycan hökumətləri kənd təsərrüfatına dair yeni layihənin icrasına hazırlaşır

ABŞ və Azərbaycan hökumətləri kənd təsərrüfatına dair yeni layihənin icrasına hazırlaşır
# 19 sentyabr 2013 14:09 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. "Azərbaycanda Rəqabət və Ticarət layihənin həm fermerlər, həm də istehsalçılar üçün kənd təsərrüfatı sahəsində çoxlu uğurları olub".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə missiya direktoru Bruk Ayşam bildirib.

Onun sözlərinə görə, bəzi fermerlər öz satışlarının həcmini 200% artırıblar: “Bəzi istehsalçıların ixrac həcmi isə 50-70% artıb. Biz bundan qürur duyuruq, çünki bu, bütün Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yardım edir, bu isə bütün Azərbaycan vətəndaşlarının rifahın artmasına gətirib çıxaracaq”.


Yeni layihə barədə danışan B.Ayşam bildirib ki, onun büdcəsi 18 mln. dollar təşkil edəcək və yarısını Azərbaycan hökuməti, digər hissəni isə ABŞ hökuməti maliyyələşdirəcək: “Hazırda biz layihənin detalları, mahiyyəti üzərində işləyirik. Yəqin layihənin müddəti 3 il olacaq. Bu, Azərbaycan və ABŞ hökumətləri arasında əməkdaşlığın yaxşı bir nümunəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR