Qafqaz Xalqları Ali Dini Şurası bəzi müsəlman ölkələrində baş verən hadisələrlə bağlı dünya ictimaiyyətinə müraciət edib - YENİLƏNİB

Qafqaz Xalqları Ali Dini Şurası bəzi müsəlman ölkələrində baş verən hadisələrlə bağlı dünya ictimaiyyətinə müraciət edib - <span style="color: red;">YENİLƏNİB
# 23 avqust 2013 08:34 (UTC +04:00)

Bakı-APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində səfərdədir. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər Çeçenistanın mərhum prezidenti Əhməd Kadırovun anadan olmasının növbəti ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində həyata keçirilir.

Avqustun 22-də Qroznı şəhərində QMİ sədri Şeyxülislam A.Paşazadənin sədrliyi ilə Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti iclası və MDB Müsəlmanları Məşvərət Şurasının səyyar toplantısı keçirilib.

Toplantıda məruzə ilə çıxış edən, Şeyxülislam Əhməd Kadırovun çeçen xalqının tarixində, ümumən Qafqazın mənəvi həyatında oynadığı önəmli rol barədə fikirlərini bölüşüb.

İordaniyadan yenicə səfərdən qayıtmış Şeyxülislam A. Paşazadə Al-əl-Beyt Fikir müəssisələri Kral Akademiyasının XVI Əmman Konfransı, orada etdiyi məruzəsi, habelə Konfransın Qətnaməsi barədə QXADŞ üzvlərini məlumatlandırıb.

Şeyxülislam A.Paşazadə sədri olduğu QXADŞ-nın fəaliyyəti, gələcək planları barədə Şura üzvləri ilə fikir mübadiləsi aparıb.

MDB Müsəlmanları Məşvərət Şurasının 16 aprel 2013-cü il tarixdə Bakıda keçirilmiş II iclası və MDB Müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar mövzusunda Beynəlxalq konfransın materiallarının əks olunduğu kitabı təqdim edəm QMİ sədri Şuranın gələcək planları barədə ətraflı məlumat verib. O bildirib ki, Şuranın ünvanına üzvlüklə bağlı bəzi ölkələrin müsəlman icmalarından daxil olmuş təkliflər nəzərdən keçirilir.

QXADŞ üzvləri son zamanlar bəzi müsəlman ölkələrində, o cümlədən, Misirdə, Suriyada, İraqda baş verən, günahsız qurbanları minlərlə ölçülən hadisələrlə bağlı dünya ictimaiyyətinə müraciət ünvanlayıblar.

Hacı Allahşükür Paşazadə, Çeçenistan, Qaraçay-Çərkəz, İnquteşiya, Dağıstan, Kabarda-Balkar, Şimali Osetiya-Alaniya, Kalmık dini rəhbərləri və başqalarının imzaladığı müraciətdə deyilir: “Biz, Qafqazın dini xadimləri, dərin ürək ağrısı ilə, bir sıra müsəlman ölkələrində qanlı hadisələri müşahidə edərək, buna laqeyd qalıb öz narahatlığımızı bildirməyə bilmərik. Minlərlə günahsız qurbanlar üçün dərin hüzn hissi keçirərək bidiririk ki, qarşılıqlı düşmənçilik xəstəliyi xroniki xarakter almağa başlayır. Misir, Suriya və bir sıra digər müsəlman ölkələrində baş verən faciələr: qan axıdılması, qardaşın qardaşı öldürməsi, insanların amansız qırğını, onların yaradıcı əməyinin nəticəsinin məhv olması, soydaşlarımız arasında nifrət və yadlaşma uçurumunun dərinləşməsi. Artıq uzun müddətdir ki, ölümcül qarşıdurma davam edir, həm müsəlmanlar, həm də xristianlar həlak olur, məscid və kilsələr təhqir olunur. Mahiyyət etibarı ilə bəşəriyyətin faciələrindən ən dəhşətlisi - vətəndaş müharibəsi gedir.

Öz müqəddəs borcumuzdan irəli gələrək, biz din xadimlər bu hadisələrlə əlaqədar dərin həyəcan və təlaş hissi keçiririk. Ekstremizmin istənilən təzahürləri, insanlar və müqəddəslər üzərində zorakılıq, təhqirlər bizdə qəzəb hissi oyadır və bütün dini qanunlara ziddir.

Bizdə diqqət və narahatlıq oyadır: bütün bu faciəli hadisələr beynəlxalq təşkilatların, insan hüquqları uğrunda mübarizə aparan digər strukturların tam susması ilə müşayiət olunur.

Elə bir din yoxdur ki, elə bir inanan insan yoxdur ki, pisliyə, zorakılığa və qətlə bəraət qazandırsın. Dini şüarlardan istifadə edərək cinayətə bəraət qazandıranlar - günahsız insanları qırır, terror və vəhşilik kimi Allahın əleyhinə ağır cinayətlər törədir. Heç bir ideologiya Yaradanın müqəddəs vergisi olan - insan həyatına qəsdə bəraət qazandıra bilməz. İslam, dinindən və milliyyətindən asılı olmayaraq bir günahsız insanın ölümünü bütün bəşəriyyətin ölümünə bərabər tutur.

Biz əminik ki, qədimdən vahid istiqamətdə dua edən insanların, bu gün bir-birinə qarşı durmaları artıq islam deyil, çirkli bir siyasətdir. Biz qərarlı şəkildə İslamı əlində öz maraq və məqsədlərinə çatmaq üçün silaha çevirənləri məzəmmət edirik. Amma bunun arxasında dayananlar bəşəriyyət üçün bunun dönməz və gözlənilməz nəticələrini gərək dərindən başa düşsünlər. Çünki, əgər bu hadisələr dinlərarası müstəvidə böyüsə, onlar mütləq sivilizasiyaların toqquşması xarakteri alacaq. Qardaş qırğını alovunu təcili surətdə söndürmək lazımdır ki, daha da alovlanmasın.

Qafqazın Ali Dini Şurası hər zaman bildirib ki, radikalizmin qarşısını almaq üçün dini cəmiyyətlər dövlət institutları ilə birlikdə mənəvi dəyərlərin təhrif olunmasının qarşısını almalıdırlar.

Biz bütün dövlət başçıları və parlamentləri, dini liderləri, bütün dünya ictimaiyyətini qan tökülməsinə təcili son qoymaq üçün güclərini və imkanlarını birləşdirməyə çağırırıq.

Uca Allahdan diləyirik ki, müraciətimiz Misir, Suriya, İraq və digər qaynar nöqtələrdəki bütün insanların ürəyində əks-səda doğursun və nəhayət ki, bu ərazilərdə gözlənilən sülh və sakitlik bərpa olunsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR