Avronun Azərbaycan manatına qarşı möhkəmlənməsi davam edir

Avronun Azərbaycan manatına qarşı möhkəmlənməsi davam edir
# 19 mart 2015 06:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün martın 18-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 19-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% ucuzlaşaraq 1,0486 manat səviyyəsində müəyyən edilib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0172 manat və ya 1,6% bahalaşaraq 1,1290 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR