Bank Of Baku

Sabah hava küləkli, dumanlı olacaq

Sabah hava küləkli, dumanlı olacaq
# 08 mart 2019 13:09 (UTC +04:00)

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən məlumata görə, . ıəhər bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 2-5° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz  11-13°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi  normadan yüksək 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  55-65 % olacaq.

Azərbaycanın rayonlarına gəlincə, sabah hava əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi gündüz əsasən dağlıq rayonlarda arabir güclənəcək.  Havanın temperaturu gecə 0-5° isti, gündüz  12-17° isti, dağlarda gecə 1-6° şaxta, gündüz  4-9° isti təşkil edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR