Sumqayıt şəhərində dörmərtəbəli yaşayış binasında yanğın olub

Sumqayıt şəhərində dörmərtəbəli yaşayış binasında yanğın olub
# 26 iyun 2016 12:07 (UTC +04:00)

Bakı-APA. Bu gün səhər saatlarında Sumqayıt şəhərində dörmərtəbəli yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan mənzilin mətbəxində 1 ədəd plastik pəncərə yanıb və yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 kv.m sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR