“Bank VTB (Azərbaycan)”ın aktivlərinin həcmi kəskin artıb

“Bank VTB (Azərbaycan)”ın aktivlərinin həcmi kəskin artıb
# 15 iyul 2014 14:45 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Bank VTB (Azərbaycan)” bu ilin II rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin eyni dövründə bankın aktivləri 98,49% artaraq 229,699 mln. manata çatıb.

Hesabat dövründə bankın kredit portfeli 215,985 mln. manat olub ki, bu da illik müqayisədə 94,83% artım deməkdir. Həmçinin bu ilin 6 ayında bankın istehlak kreditlərinin həcmi 101,636 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövründəkindən 75,97% çoxdur.

Bu ilin 6 ayında bankın vaxtı keçmiş kreditlərinin həcmi 17,828 mln. manata yüksəlib. Bu isə ötən ildəkindən 4,53 dəfə çoxdur.

Cari ilin II rübünə bankın depozit portfeli 15,976 mln. manat olub ki, bunun 6,289 mln. manatını əhalinin əmanətləri təşkil edib. Ötən ilin 6 ayına nisbətən bu ilin eyni dövründə bankda əhalinin əmanətlərinin həcmi 92,76% çox olub.

Hesabat dövründə bankın məcmu kapitalı 195,56% artaraq 47,837 mln. manat olub, nizamnamə kapitalı isə 2,1 dəfə artaraq 50,815 mln. manata yüksəlib.

2014-cü ilin II rübü üzrə bankın gəlirləri 20,257 mln. manat təşkil edib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 149,04% çoxdur.

Hesabat dövründə bank 2,520 mln. manat mənfəət əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR