“Qara Bağ” qısametrajlı bədii filmin istehsalına başlanılıb

“Qara Bağ” qısametrajlı bədii filmin istehsalına başlanılıb
# 22 dekabr 2014 11:55 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Qara Bağ” adlı qısametrajlı bədii filmin istehsalına başlanıb.

Kinostudiyadan APA-ya verilən məlumata görə, film “Azərbaycanfilm” kino-studiyasının elan etdiyi “yenifilm.az” gənclər üçün ssenari müsabiqəsinin qalibi olan Amil Məmiyevin eyniadlı ssenarisi əsasında çəkilir.

Yeni ekran əsərinin quruluşçu rejissoru Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, bədii rəhbəri Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Film məcburi köçkünlərin hazırkı yaşayış tərzlərini, Qarabağ həsrətini metaforik simvollarla realizə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR