Səfir: "Belarus-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır"

Səfir: "Belarus-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır"
# 05 iyul 2016 18:22 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Belarus Azərbaycanla münasibətləri yüksək qiymətləndirir və bu münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır”. APA-nın məlumatına görə, bu sözləri Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç Belarusun müstəqillik günü ilə bağlı Bakıda keçirilən qəbulda deyib. O qeyd edib ki, bu münasibətlər qarşılıqlı anlaşma, mənfəət və hörmətə əsaslanır.

Tədbirdə çıxış edən Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubov bildirib ki, iki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir: "Belarus həmişə Azərbaycanı dəstəkləyib və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ədalətli fikrini bildirib. Biz bunu yüksək qiymətləndiririk. Ən çətin zamanlarda biz həmişə bir birimizə qardaş əlimizi uzatmışıq. Bu ilki aprel hadisələri ilə bağlı da Belarus prezidenti narahatlığını ifadə edib. Azərbaycan da həmişə çətin vaxtlarında Belarusa yardım əlini uzadıb və bunu davam edəcək. Ticarət, iqtisadiyyat sahəsində çox yaxşı göstəricilərimiz olub. 2015-ci ildə ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 30 faiz artıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR