Bu il “Ailə Bayramı” Şəkidə keçiriləcək

Bu il “Ailə Bayramı” Şəkidə keçiriləcək
# 28 mart 2013 10:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 may - “Beynəlxalq Ailə günü”nə hazırlıqlar başlayıb.

Komitənin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hər il olduğu kimi, bu il də “Beynəlxalq Ailə Günü” münasibətilə mayın 1-dən 15-dək silsilə tədbirlərin və yekun olaraq 15 may tarixində Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Ailə Bayramı”nın Şəki şəhərində keçirilməsi planlaşdırılır.

Bununla əlaqədar ilk növbədə tədbirlər planı tərtib edilərək respublikanın bütün rayon və şəhərlərinə göndərilib. Tədbirlər planına əsasən, respublikanın bütün bölgələrində may ayının 1-dən 15-dək silsilə tədbirlər keçirilməli və nəticədə milli mətbəx, bacarıqlı əllər, bizim istedadlar, fərqli ailə nominasiyaları üzrə rayonlarda keçirilən müsabiqələrdə qalib gələn ailələr öz bacarıqlarını yekun bayram tədbirində nümayiş etdirməlidirlər. Adətən bayram mərasimində bir gənc ailənin toyu və bir ailənin brilyant toyu da keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR