Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Vaqif Əkbərovun istefası tələb edilib - FOTO

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Vaqif Əkbərovun istefası tələb edilib - <span style="color: red;">FOTO
# 18 mart 2013 12:38 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) rəhbəri və şeyxi Vaqif Əkbərovun fəaliyyəti yenidən gündəmə gəlib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Müsəlmanları Ali Dini Şurasının üzvləri və Qardabani, Msxeta bölgələrindən gələn dindarlar bu gün paytaxt Tiflisdə toplantı keçirərək V. Əkbərovun istefasını tələb ediblər.

Rustavi məscidinin axundu Məhəmməd Şamilov, Msxeta rayonunun Msxaldidi (Armudlar) kəndinin axundu Hacı Məhəmməd Qəmbərov, Qaçiani məscidinin axundu Elcan Hüseynov, Qardabani məscidinin axundu Namiq Xəlilov jurnalistlərə açıqlamalarında Marneuli və Qardabanidə V. Əkbərovun istefası tələbi ilə aksiyalar keçirdiklərini, eyni zamanda Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili ilə görüşdə bu məsələni qaldırdıqlarını bildiriblər: “Lakin dəfələrlə gündəmə gətirdiyimiz bu vacib məsələni yeni hökumətin bəzi nümayəndələri dəstəkləmək istəmirlər. Biz indi 100 nəfər dindar və axundun imzaladığı müraciəti baş nazir Bidzina İvanişviliyə təqdim etmişik. Hələlik cavab gecikir. Gürcüstan tolerant və demokratik ölkədir. Ümidvarıq ki, baş nazir keçmiş hakimiyyətin buraxdığı səhvləri təkrarlamayacaq”.

Gürcüstan Azərbaycanlı Vətənpərvərlər Birliyinin sədri Allahyar Yusubov APA-ya açıqlamasında GMİ-ni Saakaşvili hökumətinin yaratdığını və bu təşkilatın Gürcüstanda müsəlmanları böldüyünü bildirib: “Biz birləşmək istəyirik. GMİ-nin “qanuni oğru”ya məxsus evdə fəaliyyəti müsəlmanlara təhqirdir. Xalq kimi şeyx seçibsə, o da bu vəzifəni yerinə yetirməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR