Varşavada Obama ilə Poroşenko arasında görüş keçiriləcək

Varşavada Obama ilə Poroşenko arasında görüş keçiriləcək
# 07 iyul 2016 00:31 (UTC +04:00)

Bakı-APA. Ukraynanın dövlət başçısı Pyotr Poroşenko və ABŞ prezidenti Barak Obama Varşavada NATO sammiti çərçivəsində görüşəcəklər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods bildirib.

"Bu, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək, Minsk sazişlərinin həyata keçirilməsinin vacibliyini vurğulamaq, həmçinin Rusiyaya qarşı sanksiyaların qüvvədə qalmasını ifadə etmək üçün yaxşı imkan olacaq”, deyə B.Rods bildirib.

Onun sözlərinə görə, iyulun 8-9-da Polşanın paytaxtında keçiriləcək sammit çərçivəsində NATO-Ukrayna komissiyasının iclası keçiriləcək. Toplantıda Obama və Poroşenko ilə yanaşı Böyük Britaniya, Fransa, İtaliya və Almaniya liderləri iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR