“DəmirBank” sərfəli şərtlərlə istehlak kreditləri təklif edir

“DəmirBank” sərfəli şərtlərlə istehlak kreditləri təklif edir
# 17 avqust 2015 12:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “DəmirBank” ASC müştərilərinə sərfəli şərtlərlə istehlak kreditləri təklif edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bank istehlak kreditlərində komissiyanı ləğv etməklə yanaşı, faiz dərəcələrini də endirib.

Qeyd edək ki, hazırda istehlak kreditləri üzrə illik faiz dərəcəsi 22%-dən başlayaraq tətbiq olunur.

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.

Qeyd edək ki, ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi : (012) 149

www.demirbank.az

www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR