Rusiya millisinin sabiq məşqçisi avtoqəzada ölüb

Rusiya millisinin sabiq məşqçisi avtoqəzada ölüb
# 21 aprel 2015 08:40 (UTC +04:00)

Bakı – APA. Tanınmış hokkey mütəxəssisi Sergey Mixalyov yol nəqliyyat hadisəsi zamanı vəfat edib. Apasport.az saytının məlumatına görə, Rusiyanın əməkdar məşqçisi, “Salavat Yulayev” klubunun İdarə Heyətinin üzvü digər mütəxəssis Valeri Belousovun dəfn mərasimindən qayıdan vaxt qəzaya uğrayıb. Hadisə Çelyabinsk vilayətinin Aşa şəhərində baş verib.


1987-90 və 2005-09-cu illərdə “Salavay Yulayev”in baş məşqçisi olan Mixalyov 2008-ci ildə komandasını Rusiya çempionluğuna daşıyıb. Ufa təmsilçisinin növbəti mövsümdə 1/8 finalda mübarizəni dayandırması isə çalışdırıcının istefası ilə nəticələnmişdi.

2011-ci ilin yayında yenidən kluba qayıdan Mixalyov bu dəfə yarım ildən az postunda qalıb. Bundan başqa, Nijni Novqorod “Torpedo”sunda da çalışan mütəxəssis Tolyatti “Lada”sında idman direktoru və baş menecer kimi də fəaliyyət göstərib. 1989-cu ildə tələbələrdən ibarət SSRİ yığmasını Universiadanın gümüş medallarına daşıyan Mixalev 2000-ci ildə Rusiyanın U-18 millisi ilə dünya çempionatının gümüş mükafatını əldə edib. 2002-ci ildə əsas yığmada köməkçi işləyən mütəxəssis 2006-cı ildə rəhbərlik etdiyi U-20 ilə mundialın gümüşü medalına sahib olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR