Ronaldo: “Arzumuza bir addım daha yaxın olduq”

Ronaldo: “Arzumuza bir addım daha yaxın olduq”
# 07 iyul 2016 00:01 (UTC +04:00)

Bakı - APA. “Biz əvvəldən bunu arzulayırdıq. Bu uzun bir yol idi və biz özümüzə inanaraq mübarizə apardıq. Pis başlamaq şərt deyil, əsas turniri uğurla başa çatdırmaqdır. Portuqaliyanın məşqçiləri, oyunçuları və tibbi personal bu uğura layiq idilər”.

APA-nın məlumatına görə, bu barədə Portuqaliya yığma komandasının kapitanı Kristiano Ronaldo AVRO-2016-nın yarımfinal matçından sonra RTP telekanalına müsahibəsində deyib.

“Ümid edirəm ki, final oyunundan sonra üzümdə təbəssüm və sevinc göz yaşları olacaq. Mən həmişə Portuqaliyaya böyük qələbə bəxş etmək arzusunda olmuşam və bunu dəfələrlə bildirmişəm. Bu gün biz arzumuza bir addım daha yaxın olduq”, deyə K.Ronaldo bildirib.

Qeyd edək ki, Portuqaliya millisi Uels yığmasını 2:0 məğlub edərək Avropa çempionatının finalına vəsiqə qazanıb. Matçda fərqlənən Ronaldo Avropa çempionatlarında 9-cu qoluna imza ataraq Mişel Platininin rekordunu təkrarlayıb.

Digər yarımfinalda Fransa ilə Almaniya üz-üzə gələcək. Oyun iyulun 7-də Marsel şəhərində keçiriləcək. Final matçı iyulun 10-da Parisdə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR