Nadejda Savçenko Ali Rada sədrinin yerini "zəbt edib"

Nadejda Savçenko Ali Rada sədrinin yerini "zəbt edib"
# 05 iyul 2016 17:56 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Ukrayna Ali Radasının “Batkivşina” və “Radikal” partiyasından olan 20 deputatı sessiya zalında kürsünü və Rəyasət Heyətini əhatəyə alaraq prezident Pyotr Poroşenkonun da adının hallandığı ofşor qalmaqallarının araşdırılmasını tələb edib.

APA-nın UNN-ə istinadən verdiyi xəbərə görə, təxminən 15 deputat Rəyasət Heyətini, 5-i isə tribunanı mühasirəyə alıb.

Sədrin yerində deputat Nadejda Savçenko əyləşib.

Parlamentarlar, həmçinin, Rəyasət Həyətinə girişi bağlayıblar.

Nəticədə Radanın spikeri Andrey Parubiy parlamentin axşam iclasını açan kimi yarımçıq dayandırmaq məcburiyyətində qalıb. O bildirib ki, parlamentin işini davam etdirməsi üçün siyasi məsləhətləşmələr aparılması vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR