Cəlilabadda 34 yaşlı əlil qız itkin düşüb

Cəlilabadda 34 yaşlı əlil qız itkin düşüb
# 29 iyun 2016 07:50 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabadda 34 yaşlı qız itkin düşüb.

Bu barədə APA-nın cənub bürosuna itkin düşən şəxsin anası məlumat verib.

Cəlilabad rayonunun Göytəpə şəhər sakini Zərifə Xəlilova bildirib ki, dörd qardaşın 1 bacısı olan qızı Xəyalə Xəlilova bir müddət əvvəl yol qəzasına düşməsi nəticəsində ikinci qrup əlil olub. O bu il aprelin 18-də günorta saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb.

Zərifə Xəlilovanın sözlərinə görə, qızını görənlər olub. Amma kim tərəfindən hara aparıldığı, yaxud hansı ünvana getdiyi barədə heç bir məlumat yoxdur.

Ana qızının itkin düşməsi ilə bağlı Cəlilabad Rayon Poliş Şöbəsinin Göytəpə şəhər polis bölməsinə məlumat verildiyini bildirib. Polis bölməsi tərəfindən axtarışlar aparılsa da, hələlik Xəyalədən xəbər yoxdur.

Qeyd edək ki, Xəyalə Xəlilova evdən çıxan zaman əynində kül rəngində köynək və şalvar, başında isə qırmızı papaq olub.

Onu görənlərdən xahiş olunur ki, aşağıdakı telefon nömrələrinə zəng vura bilərlər: (051)-348-95-66; (050) 384-28-18; (055) 248-17-33Anchor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR