Bank Of Baku

Hindistanda son sutkada COVID-19-a 200 mindən çox yoluxma qeydə alınıb

Hindistanda son sutkada COVID-19-a 200 mindən çox yoluxma qeydə alınıb
# 15 aprel 2021 10:54 (UTC +04:00)
Hindistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 200 739 yoluxma qeydə alınıb.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda xəstəlikdən 1038 nəfər ölüb. Bununla da indiyə qədər COVID-19-da ölənlərin ümumi sayı 173 123 nəfərə çatıb. 
Qeyd edək ki, infeksiyaya yoluxanların sayına görə Hindistan sadəcə ABŞ-dan geri qalır.  ABŞ-da indiyədək  31.4 milyon nəfər, Hindistanda isə 14.1 milyon nəfər yeni növ koronavirusa yoluxub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR