Bank Of Baku

Türkiyədə bu gün 318 nəfər COVID-19-dan ölüb

Türkiyədə bu gün 318 nəfər COVID-19-dan ölüb
# 18 aprel 2021 21:50 (UTC +04:00)

Türkiyədə son sutkada 55 802 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 318 nəfər COVID-19-dan dünyasını dəyişib. 

Hazırda ölkə üzrə  bu infeksiyadan ölənlərin ümumi sayı 35 926 nəfərdir, 3 275    koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 4 268 447 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 3 687 590-ı müalicə olunaraq sağalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR