Türkiyənin Muğla vilayətində 4 bal gücündə zəlzələ olub
APA-nın yerli bürosunun məlumatına görə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumata görə, zəlzələnin mərkəzi Muğlanın Datça rayonunda yerli vaxtla 17:32-də qeydə alınıb.
Təkan yerin 5,07 kilometr dərinliyində baş verib.
Qeyd edək ki, son bir ayda Egey dənizinin Datça sahilində davamlı təkanlar olur.