Bank Of Baku

Araqçi: İran gələcəkdə AEBA müfəttişlərini ölkəyə buraxa bilər

İranın xarici işlər naziri Abbas Araqçi

© APA | İranın xarici işlər naziri Abbas Araqçi

# 22 iyul 2025 06:17 (UTC +04:00)

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlığını davam etdirir və gələcəkdə agentliyin müfəttişlərinin ölkəyə qayıda biləcəyini istisna etmir.

APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi "Fox News" telekanalına müsahibəsində bildirib.

“Onlarla əməkdaşlıq davam edir. Bizə yeni iş mexanizmi lazımdır, çünki obyektlər dağıdılıb”, – deyə Araqçi qeyd edib.

Nazirin sözlərinə görə, AEBA-nın İranın nüvə obyektlərinə baş çəkməklə bağlı hər bir müraciəti ayrı qaydada nəzərdən keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR