Bank Of Baku

Deputatlar Rəisidən nüvə danışıqlarında İranın mənafeyinin qorunmasını tələb edir

Deputatlar Rəisidən nüvə danışıqlarında İranın mənafeyinin qorunmasını tələb edir
# 05 aprel 2022 13:31 (UTC +04:00)

İran parlamentinin deputatları prezident İbrahim Rəisiyə məktub yazaraq Vyana müzakirələrində qarşı tərəfdən daha möhkəm zəmanət alınmasını tələb ediblər.

APA-nın Tehran bürosu xəbər verir ki, parlamentin 190 deputatı bu məktubu imzalayıb.

Deputatlar nüvə müzakirələrində ölkənin “qırmızı xətt”ləri və xalqın mənafeyinin qorunmasını tələb ediblər.

Qeyd edək ki, İran və ABŞ Vyana müzakirələrində sazişin əldə olunmasına yaxınlaşdıqlarını, lakin bəzi məsələlərin həll olunmadığını bildiriblər. Ötən gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki, əgər Ağ Ev doğru davranış sərgiləsə, sazişin əldə olunması mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR