Bank Of Baku

Ərdoğan: “Abramoviç danışıqlara qatılıbsa, demək ki, Putin ona inanır”

Ərdoğan: “Abramoviç danışıqlara qatılıbsa, demək ki, Putin ona inanır”
# 31 mart 2022 16:04 (UTC +04:00)

Roman Abramoviç Rusiya nümayəndə heyətinin bir üzvü olaraq müzakirələrə qatılıb.

APA “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Əgər Rusiya və cənab Putin nümayəndə heyətinin tərkibinə Abramoviçi də tərcih edərək daxil edibsə, deməli ki, ona inanır, güvənir. Həmin iclasda (İstanbul görüşü) hər kəslə olduğu kimi onunla da salamlaşdım. Danışıqlara qatılan nümayəndə heyətlərinə uğurlar arzulayıram. Arzu edirəm ki, bu cəhdlərin nəticəsini ən qısa zamanda görə bilək”, - Türkiyə lideri vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR