Bank Of Baku

Hindistanda təyyarə qəzaya uğrayıb, nazir müavini və daha 4 nəfər ölüb - VİDEO

Hindistanda təyyarə qəzaya uğrayıb, nazir müavini və daha 4 nəfər ölüb - VİDEO
# 28 yanvar 2026 10:22 (UTC +04:00)

Hindistanın Maharaştra vilayətinin nazir müavini, NCP partiyasının liderlərindən biri Adjit Pavarı daşıyan təyyarə qəzaya uğrayıb.

APA “Times of India”ya istinadən xəbər verir ki, Adjit Pavar və onunla göyərtədə olan daha 4 nəfər də ölüb.

Məlumata görə, Pavar Mumbay şəhərindən Baramatiyə seçki kampaniyası çərçivəsində insanlar qarşısında çıxış etmək üçün yollanıb.

Təyyarədə olan nazir müavini, 2 ekipaj üzvü, bir cangüdən və digər şəxs həyatını itirib.

“Learjet-45” tipli biznes təyyarəsinin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR