İranın Milli Təhlükəsizlik Şurasının baş katibi və İranın Ali Rəhbərinin nümayəndəsi Əli Şəmxani Ermənistana səfər edəcək.
APA-nın Tehran bürosu xəbər verir ki, Əli Şəmxani Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində sabah Ermənistana səfər edəcək.
Səfərdə iki ölkənin əlaqələrinin inkişafı, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.