Bank Of Baku

İranda son sutkada COVID-19-dan daha 53 nəfər ölüb

İranda son sutkada COVID-19-dan daha 53 nəfər ölüb
# 04 aprel 2022 13:22 (UTC +04:00)

İranda ötən sutka ərzində 53 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 140 368 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 3519 nəfər koronavirusa yoluxub.

Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 171 165 nəfərə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR