İranın Xuzestan əyalətində 4,4 bal gücündə zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanlar Xuzestan əyalətinin Behban bölgəsində qeydə alınıb. Zəlzələnin dərinliyi 16 km olub. Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.