Məşhəddə məqbərədə yaralananlardan daha biri həyatını itirib.
APA-nın Tehran bürosunun xəbərinə görə, naməlum şəxsin İmam Rza məqbərəsində dini təhsil alan tələbələrə bıçaqla hücumu zamanı 2 tələbə ölüb, daha 1 nəfər yaralanıb.
İran polisi faktla bağlı 5 nəfəri saxlayıb.
***
17:05
İranın Məşhəd şəhərində naməlum şəxs İmam Rza məqbərəsində dini təhsil alan tələbələrə bıçaqla hücum edib.
APA-nın Tehran bürosunun xəbərinə görə, hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Hadisə yerində olan ziyarətgah xidmətçiləri və əhalinin köməyi ilə hücum edən şəxs saxlanılıb.
Yaralılar xəstəxanaya çatdırılıb.