Bank Of Baku

Misir Prezidenti: Qəzzadan fələstinlilərin köçürülməsi Avropaya miqrasiyanı artıra bilər

Misir Prezidenti Abdel Fattah əl-Sisi

© APA | Misir Prezidenti Abdel Fattah əl-Sisi

# 24 yanvar 2026 22:51 (UTC +04:00)

Fələstinlilərin Qəzza sektorundan Misirə köçürülməsi Avropa ölkələrinə qeyri-qanuni miqrasiya axınının artmasına gətirib çıxara bilər.

APA xəbər verir ki, bu barədə Misir Prezidenti Abdel Fattah əl-Sisi xəbərdarlıq edib.

Misir lideri bildirib ki, Qəzzadan təxminən 2,5 milyon fələstinlinin köçürülməsi yalnız fələstin məsələsinin faktiki olaraq aradan qaldırılması anlamına gəlməyəcək, eyni zamanda yüz minlərlə insanın Qərb ölkələrinə qeyri-qanuni miqrasiyasına səbəb olacaq.

Onun sözlərinə görə, belə bir miqrasiya dalğasının təhlükəsizlik və iqtisadi sahələrdə doğura biləcəyi nəticələrin öhdəsindən heç bir ölkə gələ bilməz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR