Bank Of Baku

NATO baş katibi Türkiyənin S-400 raketlərini alması ilə bağlı narahatlığını ifadə edib

NATO baş katibi Türkiyənin S-400 raketlərini alması ilə bağlı narahatlığını ifadə edib
# 11 oktyabr 2019 13:16 (UTC +04:00)

Türkiyədə səfərdə olan NATO baş katibi Yens Stoltenberq Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi almasını Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə müzakirə edib.

APA-nın xəbərinə görə, M. Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında Y. Stoltenberq deyib ki, bu məsələ ilə bağlı dəfələrlə öz fikrini bildirib.

“Bu məsələdə Türkiyənin səbəbləri ola bilər. Lakin koordinasiya və müttəfiqlərin təyyarələri baxımından uyğunsuzluq yarana bilər”, - deyə NATO baş katibi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR