Bank Of Baku

Nursultan Nazarbayev Türk Şurasının fəxri sədri elan ediləcək

Nursultan Nazarbayev Türk Şurasının fəxri sədri elan ediləcək
# 13 oktyabr 2019 16:34 (UTC +04:00)

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək VII Zirvə Görüşündə Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev Türk Şurasının fəxri sədri elan ediləcək.

APA-nın xəbərinə görə, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya planlaşdırılan səfəri ilə bağlı Türkiyə Prezident Administrasiyasının saytında yerləşdirilən məlumatda əksini tapıb.

N. Nazarbayev Türk Şurasının qurulmasına böyük əmək sərf etdiyi üçün bu fəxri ada layiq görüləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR