Bank Of Baku

Pakistan kəşfiyyat xidməti baş nazirə sui-qəsd planlaşdırıldığını açıqlayıb

Pakistan kəşfiyyat xidməti baş nazirə sui-qəsd planlaşdırıldığını açıqlayıb
# 01 aprel 2022 22:59 (UTC +04:00)

Pakistanın xüsusi xidmət orqanları baş nazir İmran Xana qarşı sui-qəsd planını üzə çıxarıb.

APA xəbər verir ki, bu barədə "Dawn" qəzetinə müsahibəsində informasiya və yayım naziri Fəvad Çoudri məlumat verib

“Bu məlumatdan sonra hökumətin qərarı ilə baş nazirin müdafiəsi gücləndirilib”, - Çoudri bildirib.

Bundan əvvəl Pakistanın hakim Ədalət Hərəkatı partiyasının lideri Faisal Vavda da oxşar bəyanatlarla çıxış edərək, baş nazirin həyatına sui-qəsd planının hazırlandığını bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR