Bank Of Baku

Pakistan “Şahin-III” ballistik raketini uğurla sınaqdan keçirib

Pakistan “Şahin-III” ballistik raketini uğurla sınaqdan keçirib
# 10 aprel 2022 05:58 (UTC +04:00)

Pakistan “Şahin-III” uzaqmənzilli “yer-yer” ballistik raketini uğurla sınaqdan keçirib.

APA xəbər verir ki, bu barədə şənbə günü ölkənin Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

“Məqsəd silah sisteminin müxtəlif konstruktiv və texniki parametrlərinin yenidən sınaqdan keçirilməsi olub”, - deyə məlumatda bildirilir.

Şahin-III raketi nüvə və adi döyüş başlıqlarını daşımaq qabiliyyətinə malikdir.

Onun uçuş məsafəsi 2750 km-dir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR