Bank Of Baku

Qazaxıstanda prezidentə qarşı sui-qəsd cəhdi olub

Kasım-Jomart Tokayev

© APA | Kasım-Jomart Tokayev

# 03 aprel 2022 09:07 (UTC +04:00)

Qazaxıstanın xüsusi xidmət orqanları ölkə prezidenti Kasım-Jomart Tokayevə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini saxlayıb.

APA bildirir ki, bu barədə respublikanın Milli Təhlükəsizlik Komitəsinin (DTX) mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, 2022-ci il martın 25-də Nur-Sultan şəhərində DTX-nın əks-kəşfiyyatı Qazaxıstan prezidentinə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agenti, respublika vətəndaşı “A”nı saxlayıb.

Qeyd olunur ki, bundan başqa, saxlanılan şəxs digər yüksək rütbəli dövlət qulluqçularına qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR