Bank Of Baku

Qəzzanın şimalında atışma olub, 9 nəfər ölüb, İsrail əsgəri ağır yaralanıb - YENİLƏNİB

Qəzzanın şimalında atışma olub,  9 nəfər ölüb, İsrail əsgəri ağır yaralanıb - YENİLƏNİB
# 04 fevral 2026 10:15 (UTC +04:00)

İsrail ordusunun Qəzzaya endirdiyi zərbələr nəticəsində 3-ü uşaq olmaqla azı 9 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Qeyd edilib ki, Qəzza şəhərinin şərqindəki Tuffah məhəlləsində İsrailin artilleriya atəşi nəticəsində həlak olan uşaqların ikisi 16 və 12 yaşlı, biri isə beş aylıq olub.

***

09:41

Ötən gecə Qəzzanın şimalında atışma olub.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Qeyd edilib ki, nəticədə İsrail ordusunun zabiti ağır yaralanıb.

İsrail Müdafiə Nazirliyi hadisəni atəşkəsin “açıq-aşkar pozulması” kimi dəyərləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR