Bank Of Baku

Tehranda havanın çirklənməsi əhali üçün təhlükəli həddə çatıb - FOTO

Tehranda havanın çirklənməsi əhali üçün təhlükəli həddə çatıb - FOTO
# 08 aprel 2022 14:41 (UTC +04:00)

İranın paytaxtı Tehranda havanın həddən artıq çirkli olması təhlükəli həddə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə,hava çırkliliyi hazırda 490 göstərici ilə təhlükəli həddə çatıb. Məlumata görə hava o qədər çirklidir ki, bu vəziyyətdə insanların evdən kənar fəaliyyətləri dayandırılmalıdır.

Qeyd olunur ki, Tehranda havanın çirklilik dərəcəsini ölçmək üçün quraşdırılan 17 stansiya havanın çirklilik dərəcəsini təhlükəli, 9 stansıya isə bütün yaş qrupları üçün çox ziyanlı elan edib.

İranın Səhiyyə Nazirliyi tənəffüs və ürək xəstəliklərində, həmçinin də hava çirklənməsi ilə əlaqələndirdiyi bir çox xərçəng xəstəliklərində artım müşahidə edib.

Tehranda hava çirkliliyi səbəbindən hər il 4 mindən çox insan ölür. Hazırda paytaxt Tehranda əhalinin 40 faizi ictimai nəqliyyatdan, 60 faizi isə şəxsi avtomobilindən istifadə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR