“Biz cənub sərhədlərimiz boyunca 30 kilometr dərinlikdə təhlükəsiz zona yaratmaq qərarımızın növbəti mərhələsinə qədəm qoyuruq”.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə ordusu Suriyanın Tel Rifat və Münbiç şəhərlərini terrorçulardan təmizləməyə başlayıb: “Sonra digər bölgələrdə də eyni addımı atacağıq. Görək bu haqlı təhlükəsizlik addımlarımızı kim dəstəkləyəcək”.