Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türk Şurası Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən görüşündə Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlardan danışıb.
APA-nın xəbərinə görə, Türkiyə XİN başçısı bildirib ki, ölkəsi terror təşkilatları ilə bağlı mübarizədə istənilən addımı atmaqda qətiyyət nümayiş etdirəcək.
“PKK/YPG və İŞİD-dən təmizlədiyimiz bölgələrə suriyalı qaçqınların qayıdışını təmin etmək bizim əsas hədəfimizdir”, - deyə M. Çavuşoğlu qeyd edib.