Türkiyədə avtobus qəzaya uğrayıb.
APA “Anadolu”ya istinadən xəbər verir ki, içərisində əkinçiliklə məşğul olan şəxslərin olduğu avtobus Konyada qəzaya düşüb.
Sürücü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.
Nəticədə 2 nəfər ölüb, 18 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.