Bank Of Baku

Xameneinin müşaviri: ABŞ-la razılaşma əldə edilə bilər, Əraqçi kifayət qədər dəstəyə malikdir

İranın Ali Rəhbərinin müşaviri Əli Şəmxani

© APA | İranın Ali Rəhbərinin müşaviri Əli Şəmxani

# 26 fevral 2026 16:31 (UTC +04:00)

Söhbət nüvə silahından imtina edilməsindən gedirsə, razılaşma əldə edilə bilər.

APA xəbər verir ki, bunu İranın Ali Rəhbərinin müşaviri Əli Şamxani “X” hesabında yazıb.

“Əgər danışıqların əsas mövzusu İran tərəfindən nüvə silahının istehsalının baş tutmaması olsa, bu, İranın Ali Rəhbərinin fətvası və hərbi doktrinamızla uyğundur və razılaşma əldə edilə bilər. Doktor Əraqçi bu razılaşma üçün kifayət qədər dəstək və ixtiyara malikdir”, - Əli Şamxani qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR