Bank Of Baku

“Ceyş əl-Fəth” Andrey Karlovun qətlində əlinin olmasını təkzib edib

“Ceyş əl-Fəth” Andrey Karlovun qətlində əlinin olmasını təkzib edib
# 21 dekabr 2016 20:48 (UTC +04:00)

“Ceyş əl-Fəth” ("Fəth ordusu") hərbi qruplaşması  Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlində əlinin olmasını təkzib edib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan SITE Intelligence Group təşkilatı məlumat verib.

 

Məlumata əsasən, qruplaşma bundan əvvəl yayılan məlumatları saxta adlandırıb. Bu gün “As-Sumariya” telekanalı xəbər verib ki,  “Ceyş əl-Fəth”  hərbi qruplaşması  Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinə görə məsuliyyəti üzərinə götürüb.

 

“Ceyş əl-Fəth” ("Fəth ordusu") Suriyanın İdlib şəhərində müxalif qrupların bir araya gələrək yaratdığı qruplaşmadır. Qruplaşmanın tərkibinə “Əl Nüsra Cəbhəsi”, “Əhrar-uş-Şam”, “Liva əl-Haqq”, “Şam Legionu”, “Cund əl-Aksa”, “Ceyşül Sünnət” və “Əcnəd əl-Şam” qrupları daxildir.

 

Xatırladaq ki, dekabrın 19-da Ankarada Müasir İncəsənət Mərkəzində Rusiyanın Türkiyədəki səfiri A.Karlov qətlə yetirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR