Bank Of Baku

Avstraliya sahillərinə güclü tropik qasırğa yaxınlaşır

Avstraliya sahillərinə güclü tropik qasırğa yaxınlaşır
# 26 mart 2017 08:22 (UTC +04:00)

Avstraliya sahillərinə “Debbi” tropik qasırğası yaxınlaşır.

 

APA-nın məlumatına görə, bu barədə “Brisbane Times” qəzeti məlumat yayıb.

 

Kvinslend ştat hakimiyyəti əhalini sahilyanı rayonları müvəqqəti tərk etməyə çağırıb. Bu rayonlarda əhalinin evakuasiyasına kömək etmək üçün mindən çox xilasedici və hərbçi göndərilib.

 

Hazırda “Debbi” qasırğası Avstraliya sahillərindən 500 km uzaqlıqdadır və materikə doğru irəliləyir. Meteoroloqlar qasırğanın gücünün 5 güc kateqoriyası çərçivəsində ikinci kateqoriyada olduğunu, ancaq yaxın sutkada qasırğanın gücünün dördüncü, hətta beşinci kateqoriyaya yüksələ biləcəyini proqnozlaşdırırlar. “Debbi” qasırğasının martın 28-də səhər saatlarında Avstraliya sahillərinə çatacağı proqnozlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR